ÇL-da həftənin ən yaxşı futbolçusu açıqlandı

19 Fevral 2021 20:45

Çempionlar Liqasında həftənin ən yaxşı oynuçusu müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, həftənin ən yaxşısı PSJ-nin hücumçusu Kilian Mbappe olub. 22 yaşlı oyunçu Erling Holland ("Borussiya", Dortmund), Məhəmməd Salah ("Liverpul") və Serxio Oliveyronu (Porto) qabaqlayıb.

Qeyd edək ki, Mbappe 1/8 finalın ilk görüşündə "Barselona" ilə matçda (4:1) het-trikə imza atmışdı.

Milli.Az