Bu ilin yanvar ayında Azərbaycan 14 367,49 min ABŞ dolları dəyərində 39 306,22 ton neft məhsulları ixrac edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 49%, həcmi isə 33,8% azalıb.
Milli.Az