Dövlət qulluğuna imtahan verən şəxsdə səsötürücü qurğu tapılıb

19 Fevral 2021 22:04

Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan 1 namizədin üzərində səs ötürücü qurğu tapılıb.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkar olunmuş və müvafiq protokol tərtib olunmaqla namizəd imtahandan kənarlaşdırılıb. Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.

Milli.Az