Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib - FOTO

19 Fevral 2021 19:44

"Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə - Lev Tolstoy, Bolşaya Vasilkovskaya, Qliboçitska, Seçevıx Streltsov küçələrində, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.

Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən "Ana fəryadı" heykəli əksini tapıb və "Xocalıya ədalət!" şüarı yazılıb.

Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər mövcud olacaq.

Milli.Az