Bizdə geniş istifadə olunan, lakin xaricdə qadağan olan 9 DƏRMAN

20 Fevral 2021 23:35

Keçmiş SSRİ respublikalarında istifadə olunan bəzi dərmanlar xaricdə nəinki istifadə olunmur, hətta qadağandır.

Milli.Az saglamolun.az-a istinadən bu dərmanların siyahısını təqdim edir:

- Aktovegin

Preparat iribuynuzlu heyvanların qan və toxumalar əsasında hazırlanır, bəzi beyin xəstəlikləri, yara, yanıq və trofiki xoraların müalicəsində istifadə olunur. ABŞ, Kanada, Qərbi Avropa, Avstraliya və bəzi digər ölkələrdə qadağandır.

- Arbidol

Rusiya və həmçinin digər keçmiş SSRİ respublikalarında (və o cümlədən Azərbaycanda) çox geniş istifadə olunan virus əleyhinə preparatdır. Koronavirus pandemiyası zamanı həkimlər tərəfindən xəstələrə tez-tez təyin olunurdu. Lakin Qərbi Avropada və bir çox digər ölkələrdə bu preparatın effektivliyinə inannmırlar və xəstələrə təyin etmirlər. ABŞ-da isə arbidol ümumiyyətlə dərman kimi qeydiyyatdan keçməyib.    

- Riboksin

Ürək xəstəlikləri, infarkt, qaraciyər sirrozu, mədə xorası zamanı istifadə olunur. ABŞ-da bu dərmanın istifadəsi qadağandır.

- Meksidol

Rusiya, Belarusiya və bir neçə keçmiş sovet respublikasında qeydiyyatdan keçib. Effektivliyi tibdə sübut olunmayıb.

- Anaferon

Qripp, kəskin respirator-virus xəstəlikləri zamanı istifadə olunur. Effektivliyi sübut olunmayıb.

- Korvalol

Tərkibinə psixotrop maddə olan fenobarbital daxildir. Bu səbəbdən ABŞ və bəzi Avropa ölkələrində qadağandır.

- Kaqosel

Virus əleyhinə preparatdır. Effektivliyi sübut olunmayıb. Qərbi Avropa və ABŞ-da istifadə olunmur.

- Analgin

Postsovet məkanında və o cümlədən Azərbaycanda ağrıkəsici kimi geniş istifadə olunur. Lakin bu preparatın çox ciddi yanaşı təsiri var. Analgin qanın tərkibinə mənfi təsir edir, leykositlərin səviyyəsini aşağı salır. Bu səbəbdən bir çox xarici ölkələrdə analgin qadağandır.

- Sitramon

Rusiya və bəzi postsovet ölkələrindəndən başqa heç yerdə istifadə olunmur.   

Milli.Az