Bu ölkədə taun epidemiyası yayılıb

19 Fevral 2021 19:24

Konqo Demokratik Respublikasında taun epidemiyası qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, son 3 ay ərzində ölkənin şimal-şərqində 500 yoluxma qeydə alınıb.

31 nəfər taunun qurbanı olub. Qeyd olunur ki, ölkədə əsasən bubon taunu yayılıb.

Bundan başqa, 5 nəfərdə ağciyər taunu aşkar edilib.

Konqo DR-də tauna ilk yoluxma ötən ilin noyabrında qeydə alınıb.

Milli.Az