Benzema bu oyunu buraxacaq

19 Fevral 2021 18:44

"Real"ın futbolçusu Kərim Benzema növbəti matçı buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu komandanın bu günkü məşqinə qoşulmayıb. Ona görə də fransalı oyunçu 24-cü turda "Valyadolid"lə görüşün iştirak ərizəsinə daxil edilməyəcək.

Həmçninin Benzemanın Çempionlar Liqasının 1/8 finalının ilk oyununda  "Atalanta" ilə qarşılaşmada iştirak edib-etməyəcəyi də sual altındadır.

Qeyd edək ki,  "Valyadolid"lə matç sabah, "Atalanta" ilə matç isə fevralın 24-də keçiriləcək.

Milli.Az