"Hələ də sevinə bilmirəm"

19 Fevral 2021 18:39

"Müharibə ərəfəsində bir gözümüz sevindisə, digəri ağladı. Hələ də tam sevinə bilmirəm. Məncə, çoxları mənimlə eyni hissi yaşayır. Bizim torpaqlar abadlaşanda, orada şəhidlərimizin ziyarətgahı olanda sevinəcəm. Onda gedib o torpaqları ziyarət edəcəm. Orada Polad Həşimov kimi oğulların adına küçə olanda, tam sevinəcəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli "Anamın yeməyindən yoxdur" proqramında deyib. Vətən müharibəsindən danışan sənətçi hisslərini bölüşüb.

"Bir vaxtlar hər yerindən qalxan müğənni olurdu. Hamı deyirdi, müğənniliyi necə acizləşdiriblər. O tendensiya qurtardı, yaxşılar qaldı, zəiflər ələndi. İndi isə jurnalistika peşəsində belədir. Məşhur olmaq istəyən jurnalistikaya gəlir. Əsal jurnalistlərimiz də az deyil" deyə, Roza sözlərini əlavə edib.

Milli.Az