Gürcüstan etirazçılarla polis arasında insident baş verib

19 Fevral 2021 16:34

Tbilisidə Gürcüstan parlamentinin binasının qarşısında etirazçılarla polis arasında insident baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, polis parlament binasının qarşısına çadırlar qurmaq istəyən aktivistlərə icazə verməyib və nəticədə tərəflər arasında fiziki qarşıdurma baş verib. Hadisə ilə əlaqədar 5 etirazçının saxlanıldığı bildirilir.

Milli.Az