Ermənistanda əhalinin yarısı Paşinyanın istefasını tələb edir - SORĞU

19 Fevral 2021 16:11

Ermənistan əhalisinin 43,6 faizi baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu hesab edir.

Trend-in erməni KİV-inə istinadən məlumatına görə, bu barədə "Gallup" agentliyinin keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.

Ötən ilin noyabrında keçirilmiş rəy sorğusunda N.Paşinyanın istefasını 35 faiz respondent tələb edirdi.

Son sorğuda rəyi soruşulanların 38,8 faiz baş nazinin işinə davam etməli olduğunu deyib, 17,6 faiz cavab verməkdə çətinlik çəkib.

Bundan başqa, Qarabağ müharibəsi ilə bağlı rəy sorğusunda respondentlərin 32 faizi məğlubiyyətdə əvvəlki hökumətləri, 28,8 faizi isə Paşinyan hökumətini günahlandırıb.

Milli.Az