Dünya yeni neft böhranı ilə üzləşə bilər

21 Fevral 2021 15:24

ABŞ-ın Texas ştatında şaxtalı hava şəraiti səbəbindən dünya yeni qlobal neft böhranı ilə qarşılaşa bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, soyuq hava şəraiti ölkədəki gündəlik neft hasilatının 4 mln. barel və ya 40% azalmasına səbəb olub.

"Trafigura Group"un neft ticarəti üzrə rəhbərlərindən biri Ben Lakok qeyd edib ki, dünya Texas ştatında pis hava şəraiti səbəbindən qlobal neft bazarının itirəcək həcmləri lazımi səviyyədə qiymətləndirilmir.

Bundan öncə treyderlər neft istehsalının bir neçə günlük azalacağını gözləyirdilər, lakin son hesablamalara görə, prosesin həftənin sonuna kimi davam edəcəyi ehtimal olunur. Bazarın bərpası isə bir neçə həftə çəkə bilər.

Milli.Az