Almaniyada poçt bağlamalarının və məktubların partlaması halları artıb

19 Fevral 2021 20:40

Münhen aeroportunun yaxınlığında poçt bağlamalarının paylanması mərkəzinə xidmət edən yerli polis orada bir şübhəli poçt bağlaması aşkar edib və onu zərərsizləşdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lidl supermarketlər şəbəkəsinin qərargahında bir məktub açılarkən partlayış baş verib. "Kapri-Zonne" adlı içkilər istehsalçısının göndərdiyi bir bağlamanın açılması zamanı da oxşar hadisə baş verib. Bundan sonra asayiş keşikçiləri sayıqlığı artırıb və bütün poçt bağlamalarını ciddi yoxlamağa başlayıblar.

Heydelberq şəhərinin prokurorluğundan verilən məlumata görə, polisin aşkar etdiyi bağlama Bavariyada yerləşən bir qida firmasına ünvanlanıbmış.

Ekspert-kriminalistlər cinayətlərin izini tapmaq üçün bütün məlumatları yoxlayırlar. Burada əmindirlər ki, bütün belə hadisələr arasında bir əlaqə var. Bavariya Dövlət Cinayət Polisi idarəsi bu məsələni xüsusi nəzarətə götürüb.

Milli.Az