Yarım kiloqram xurma yeyən qadın az qala öləcəkdi

19 Fevral 2021 23:11

45 yaşlı Moskva sakini yarım kiloqram yapon xurması yedikdən sonra qarnında dəhşətli ağrılar başlayıb.

Təcili yardım artıq ölməkdə olan qadını xəstəxanaya çatdırıb, ona kəskin bağırsaq yetməzliyi diaqnozu qoyub, təcili əməliyyata alıblar.

Milli.Az xəbər verir ki, həkimlər problemin səbəbini araşdıranda bağırsaqları xurmanın tutduğunu müəyyən ediblər.

Qadın etiraf edib ki, 5 gündür hər gün 3-4 ədəd xurma yeyib.

Xurmalar bağırsaqların diametrini 5-6 sm-dən 24 sm-ə kimi böyüdüb. Cərrah bildirib ki, əgər təcili hospitəlizə olmasaydı, bağırsaqlar partlayacaq və xəstə öləcəkdi.

Xurmada olan tanin maddəsi büzücü, yığıcı xassəyə malikdir. Onu çox yedikdə mədə-bağırsağı kilidləyir, liflər bağırsaqları tutur və şişirdir. /medicina.az

Milli.Az