AMEA kitabxanasında firuzə qaşlı kitab qorunub saxlanılır

19 Fevral 2021 15:11

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Nadir Kitab Fondunda firuzə qaşlı kitab qorunub saxlanılır.

Kitabxanadan Mİlli.Az-a verilən məlumata görə, Fondda poliqrafik cəhətdən qiymətli olan, dəri material ilə cildlənmiş, cildi firuzə qaşlarla bəzədilmiş, kənarı qızıl suyu ilə işlənmiş qiymətli nəşr də yer alır.

İki cilddən ibarət, alman dilində olan kitab 1879-cu ilə aiddir və nəşrdə Misir ehramlarından bəhs edilir.

Milli.Az