Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada TANAP-ın ofisində olub

19 Fevral 2021 15:01

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Trans-Anadolu qaz kəməri - TANAP-ın Ankaradakı ofisində olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti barədə təqdimatla çıxış edib.

Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini söyləyib, bunun hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

Milli.Az