Smart-kart tipli sayğaclara ödəniş etmək olmur? - RƏSMİ CAVAB

19 Fevral 2021 17:34

Bakıda mənzillərə quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb.

Millli.Az bildirir ki, bunu baku.ws-ə açıqlamasında "Azəriqaz" İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, sistemdə kiçik texniki problem yaranıb:

"Ödənişlə bağlı dünən axşam saatlarında problem yaranmışdı. Bəzən proqram təminatında belə problem yaşanır. Artıq bu problem aradan qaldırılıb və vətəndaşlar sayğac kartlarına pul köçürə bilərlər".

Buna qədər baku.ws-in "Qaynar xətt"inə daxil olan məlumatda qeyd edilmişdi ki, Xətai rayonu, Corat küçəsindəki mənzillərə quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etmək olmur.

Milli.Az