Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü ölüb - FOTO

19 Fevral 2021 14:55

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Arzu İbrahimov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az