Göyçə gölü ətrafında yüzlərlə qanunsuz obyekt tikilib

19 Fevral 2021 14:47

Ermənistan Baş prokurorluğu Göyçə gölü ətrafında yüzlərlə qanunsuz tikili ilə əlaqədar cinayət işi başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Göyçə gölünün yerləşdiyi 1 905 metr hündürlüyədək ərazidə ictimai təyinatlı 110 obyekt qanunsuz olaraq tikilib. Obyektlərin ümumi sahəsi 110 min kvadrat metr təşkil edir.

Araşdırmalar nəticəsində məlum olub ki, obyektlər əsasən 2011-2020-ci illər arasında tikilib.

Cinayət işi ilə bağlı araşdırma aparılır.

Milli.Az