Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib - FOTO

19 Fevral 2021 14:26

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 5 ikdir övlad yolunu gözləyən şəhid Ağaqardaş Abbasovun övladı dünyaya gəlib.

Qız uşağı bu gün doğulub və adını İlknur qoyublar.

Qeyd edək ki, Ağaqardaş Abbasov baş leytenant rütbəsində olub. O, öz doğum günündə 28 sentyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az