İndoneziya Jurnalistlər Assosiasiyası Mərkəzi Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib

19 Fevral 2021 16:57

Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar İndoneziya Jurnalistlər Assosiasiyası Mərkəzi (PWI) başsağlığı bəyanatı verib.

Milli.Az bildirir ki, bəyanatda münaqişə və zorakılıq nəticəsində bir insanın həyatını itirməsinin insanlıq faciəsi olduğu, 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində baş verənlərin bu qəbildən olduğu qeyd olunub. İndoneziya Jurnallistlər Assosasiyasının (PWI) dialoqun tərənnümü, təmkinlə və insan haqlarının, xüsusilə mülkü şəxslərin şərəf və ləyaqətinin qorunmasını təmin edilməklə, münaqişənin və zorakılığın sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.

Habelə, 1992-ci ilin 26 fevralında Xocalı şəhərində baş verən faciənin münaqişənin və zorakılığın yalnız əzab-əziyyət gətirdiyinə dair tutarlı bir dərs olduğu bildirilib, "Burada qalib yoxdur, hər bir tərəf məğlubdur" deyə vurğulanıb.

Bəyanatda, o cümlədən sivilizasiyanın tolerantlıq, sülhpərvərlik və qarşılıqlı hörmət nəticəsində qurulduğu bildirilib. Demokratiyanın dördüncü sütunu kimi jurnalistika və mediyanın bəşər sivilizasiyasının zirvəsinin yaradılmasına dair faktların və ictimai anlayışın dərc olunmasına öz töhfəsini verdiyi qeyd olunub.

Bəyanatda, həmçinin, İndoneziya Jurnalistlər Assosiasiyasının Azərbaycan xalqına və Xocalı faciəsinin qurbanlarının ailələrinə başsağlığı verdiyi, ruhlarının şad olmasını dilədiyi qeyd olunub.

Milli.Az