"Şuşada ulu babamın məzarı tapıldı" - Əməkdar artist

19 Fevral 2021 16:24

Əməkdar artist Nurlan Növrəsli Şuşada ulu babası, şair Mirzə Ələsgər Növrəsin məzarının tapıldığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi məzarın görüntülərini orada olan hərbçilərin onlara göndərdiklərini bildirib. Məzar şair Qasım bəy Zakirin qəbrinin yanında yerləşir. 

"Şuşada Növrəslilərin ulu babasının məzarı tapılıb" deyə, Nurlan bildirib.

Milli.Az