ABŞ-da 23 nəfər koronavirus peyvəndi vurulduqdan sonra ölüb

19 Fevral 2021 16:49

ABŞ səlahiyyətliləri Nyu-York ştatında koronavirus peyvəndindən sonra baş verən 23 ölüm hadisəsini araşdırırlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hazırda ölümlərlə qəbul edilən dərman arasında əlaqə təsdiqlənməyib.

Son məlumatlara əsasən, ştatda COVID-19 peyvəndindən sonra 643 nəfərdə əks göstərişlər müşahidə olunub.

Mərkəzin nümayəndəsi deyib ki, hazırda peyvəndlərin təhlükəsizliyinə problem yaradan hansısa dəlil yoxdur.

Milli.Az