Ansi Aqolli Bakıya gəldi

19 Fevral 2021 16:09

"Qarabağ"ın albaniyalı sabiq futbolçusu Ansi Aqolli Bakıya gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, albaniyalı futbolçu Bakıdan, İçərişəhərdən çəkdiyi şəkili sosial şəbəkədə "Salam, Bakı.  Nətərsən?" sözləri ilə paylaşıb.

Qol.az-ın əldə etdiyi xəbərə  görə, səfər "Qarabağ" klubunun dəvəti ilə gerçəkləşib. Səfərdə məqsəd həm də Ansinin çalışdığı ABŞ-dakı futbol akademiyası ilə "Qarabağ" arasında mümkün əməkdaşlıq məsələsinin müzakirəsidir.

Milli.Az