ARB TV-nin "Xəbər-Ətər" verilişinin növbəti qonağı ifaçı Ayan Babakişiyeva olub.
Milli.Az xəbər verir ki, sənətçi, xalq artisti Brillinat Dadaşovanın ona dəstək olmamasından gileylənib:
"Brilliant Dadaşova hər zaman oğlan ifaçılarına dəstək olur. Aygün Kazımova, Röya Ayxan və Sevda Yəhyayeva vaxtı ilə mənə dəstək olmaq üçün çalışıblar ki, nəsə etsinlər. Brilliant Dadaşovadan dəstək istəməmişəm. Hal-hazırda da istəmək fikrim yoxdur. Bu gün hər şey normaldır. Zamanında dəstəyə ehtiyacım olanda yanımda olanların Allah canını sağ etsin".
Milli.Az