Qarsda Qış təlimində iştirak edən hərbçilərimiz Azərbaycana qayıdıb - FOTO

19 Fevral 2021 13:07

Qars şəhərində keçirilmiş "Qış təlimi-2021" birgə təlimində iştirak edən azərbaycanlı hərbçilər Türkiyədən yola salınıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, "Qış təlimi-2021" birgə təlimi fevralın 1-dən 12-dək keçirilib.

Milli.Az