Cahid Rusiyanın ən yaxşı sənətçisi oldu - FOTO

19 Fevral 2021 15:04

Jony ləqəbi ilə məşhurlaşan müğənni Cahid Hüseynli Rusiyanın ən yaxşı sənətçisi seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rus musiqi sənayesinin nüfuzlu mütəxəssisləri və "Novoe" radio dinləyiciləri ifaçının lehinə seçim edib.

O, Dima Bilan, Maks Barskix, Tim Belorusskix və NILETTO-nu geridə qoymağı bacarıb.

Qeyd edək ki, Dima Bilan və Jony ilk turda eyni səs toplayıblar. Lakin sonradan vəziyyət dəyişməyə başlayıb.

Jony "Yeni Radio Mükafatları"nın qalibi seçilib və "ən yaxşı" statusunun sahibi olub.

Milli.Az