“Porto” Pepenin transferini elan etdi

19 Fevral 2021 13:39

"Porto" Braziliya "Qremiosu"nun futbolçusu Pepeni transfer edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı açıqlama yayıb. 23 yaşlı sol cinah sol cinah yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Ona görə qarşı tərəfə 15 milyon avro təzminat ödənilib. "Porto" yeni futbolçusunun satış qiymətini isə 70 milyon avro olaraq müəyyənləşdirib.

Qeyd edək ki, Pepe bu mövsüm "Qremio" ilə 36 oyunda meydana çıxıb, 9 qol vurub və 8 qolun ötürməsini edib.

Milli.Az