Ermənistanda COVID-19-a yoluxanların sayı 170 mini ötüb

19 Fevral 2021 12:04

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 191 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 170 011, xəstəlikdən ölənlərin sayı isə 3158 nəfərə çatıb.

Milli.Az