Kübra Əliyeva xəstəxanaya yerləşdirildi

19 Fevral 2021 11:19

Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aktrisa ötən gün xəstəxanaya aparılıb.

Bu barədə aparıcı Elgiz Əkbər məlumat verib. Onun sözlərinə görə, 71 yaşlı aktrisa əməliyyat olunub.

Qeyd edək ki, K. Əliyeva 2011-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir,  süd vəzilərinin ikisi də amputasiya edilib.

Milli.Az