Avroliqada yeni rekord

19 Fevral 2021 12:14

UEFA Avropa Liqasının ötən  keçirilən 1/16 final matçlarında yeni rekord qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.  Ötən gecə oynanılan 16 qarşlaşmada ümumilikdə 59 qol vurulub. Bu isə indiyədək göstərilən ən yaxşı nəticədir və turnirdə yeni rekord hesab edilir.

Qeyd edək ki, 1/16 finalın cavab görüşləri fevralın 24-25-də keçiriləcək.

Milli.Az