Fərda özünə təmtəraqsız toy etdi
27 Aprel 2010 15:12
Milli.Az xəbər portalının məlumatına görə, onun seçimi ilə məclisi "Qala" qrupu idarə edib. Qrup həm aparıcılıq edib, həm də mahnılarını səsləndirib. Məclisi maraqlı edən məqamlardan biri Fərda ilə eyni telekanalda çalışan tele-aparıcılar İlkin Həsəni və Samirin çıxışları olub. Müğənnilərdən Mətanət İsgəndərli, Röya, Elton, Natəvan Həbibi, Kəmalə Qaramollayeva, "Şipşirin" Elçin və başqaları mahnı töhfələrini təqdim ediblər. Qonaq sənətçilər arasında canlı və geniş ifa təqdim edən Xumar Qədimova olub.
Fərdanın toyu sadəliyi ilə yadda qalıb. Yəni, adət etdiyimiz qeyri-adi hazırlıqlara bu toyda rast gəlinməyib.
Xatırladaq ki, Fərda Xudaverdiyevin ailə həyatı qurduğu xanım sənət adamı deyil. Günel adlı xanım Fərdanın qohumudur.
Xədicə
Milli.Az