Quba-Xınalıq yolunda qar uçqunu - VİDEO - FOTO

19 Fevral 2021 11:47

Görülən tədbirlər nəticəsində yol qardan təmizlənib, hərəkət bərpa edilib

Milli.Az Real TV-yə istinadən bildirir ki, Quba rayonuna yağan qar nəticəsində ən ciddi problem Xınalıq yolunda yaranıb. Belə ki, yolun 35-37-ci km-də bir neçə yerdə qar uçqunun baş verməsi avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Yolda nəqliyyatın hərəkətinin məhdudlaşması sürücülərin işini çətinləşdirib. Onlar ərazidəki təhlükəni nəzərə alaraq digər sürücülərə mümkün qədər Quba-Xınalıq yolundan istifadə etməməyi tövsiyyə edirlər.

Yol boyu 20-dən artıq qar uçqunun yaratdığı fəsadların aradan qaldırılması məqsədi ilə əraziyə Quba 5 saylı Yol İstismarı MMC-nin canlı qüvvəsi və ağır texnikaları cəlb edilib. Görülən tədbirlər nəticəsində yol qardan təmizlənib və avtomobillərin hərəkəti bərpa olunub. Bununla belə ərazidə qarlı hava şəraitinin müşahidə edilməsi səbəbindən yenidən ucqunların baş vermə ehtimalı böyükdür.

Bilal Soltanov həmçinin qeyd etdi ki, növbətçi texnika və canlı qüvvə 24 saat ərazidə fəaliyyətini davam etdirir. Yolun yenidən bağlanacağı təqdirdə dərhal tədbir görüləcək.

Milli.Az