Bu gün Əfv komissiyası yeni müraciətlərə baxacaq

19 Fevral 2021 09:53

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə növbəti iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiyanən yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib və 100-dən artıq müraciətə baxılıb. Novruz bayramına qədər komissiyaya daxil olan müraciətlərin baxılıb yekunlaşdırılması nəzərdə tutulur.

Milli.Az