Azərbaycanda uşağa şəxsiyyət vəsiqəsi almaq olarmı?

20 Yanvar 2012 16:01
Milli.Az-ın məlumatına görə, o, bunun yollarını öyrənmək üçün Day.Az saytına müraciət edib: "Deyilənə görə, 16 yaşına çatmamış şəxslərin də şəxsiyyət vəsiqəsi alması mümkündür. Mən oğlum üçün bu sənədi ala bilərəmmi? Əgər bilərəmsə, bunun üçün nə etməliyəm?"

Daxili İşlər Nazirliyi yanında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən məsələyə belə münasibət bildiriblər: "Qanuna əsasən, Azərbaycanda 2 növdə şəxsiyyət vəsiqəsi verilir: 16 yaşına çatmamış şəxslərə və 16 yaşına çatmış şəxslərə. Şəxsiyyət vəsiqəsini əldə etmək üçün uşağın valideynlərinin qeydiyyatda olduğu yerli pasport qeydiyyatı idarəsinə müraciət olunmalıdır. Oraya ərizə-anket, uşağın doğum haqqında şəhadətnaməsi, qan qrupu haqqında tibbi arayış, valideynlərdən birinin və ya qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd təqdim edilməlidir. 16 yaşına çatmamış şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu nəzərdə tutulmayıb".

İdarədən onu da bildiriblər ki, şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə nəzərdə tutulur.

Milli.Az