Bakıda "Mercedes" yanıb

19 Fevral 2021 09:39

Bakı şəhərinin Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az