Qəbələdə ikimərtəbəli ev yanıb

19 Fevral 2021 09:24

Qəbələ rayonunun İkinci Pirəli kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az