Türkiyədə son bir gündə koronavirusdan 83 nəfər vəfat edib - FOTO

19 Fevral 2021 00:03

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 83 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7241 nəfər COVID-19 infeksiyasına yoluxub.

Yeni növ koronavirusdan sağalan xəstələr 7217, ağır xəstələr isə 1187 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 616 600 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 504 050 nəfər sağalıb, 27 821 nəfər isə həyatını itirib.

Milli.Az