Sabirabad rayonunda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Xəlfəli kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobillə "VAZ 2107" markalı minik maşınının toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Milli.Az