Tərtərdə mülki şəxs minaya düşərək həlak olub

18 Fevral 2021 23:16

Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs həyatını itirib.

Laçın rayon sakini, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Milli.Az