Qazaxda birmərtəbəli ev yanıb

18 Fevral 2021 21:41

Qazax rayonunun Canalı kəndində ümumi sahəsi 70 m² birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az