Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub

18 Fevral 2021 20:44

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, M. Çavuşoğlu və S. Lavrov Türkiyə və Rusiya dövlət başçılarının bugünkü telefon danışığı zamanı müzakirə etdikləri mövzular barəsində fikir mübadiləsi aparıblar. 

Milli.Az