Nəm maska qoruyuculuğunu itirir - Həkimdən XƏBƏRDARLIQ

28 Fevral 2021 20:04

Türkiyəli həkim Ahmet Akçay nəmlənən və ya islanan maskaların qoruyuculuğunu tamamən itirdiyini deyib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, bu dəridə qıcıqlanma və ekzemaya da səbəb ola bilər:

"Qış aylarında maska istifadəsi ilə bağlı diqqətli olmaq lazımdır. Xüsusən yağışlı və qarlı havalarda maska islanmamalıdır. Nəmlənən və ya islanan maskalar qoruyuculuğunu tamamən itirir. Yağışsız havalarda uzun müddət istifadə olunan maskalar nəfəsimizi də nəmləndirir.

Qoruyuculuğunu itirməklə bərabər, nəmlənən maskalar dəridə təmasa bağlı olaraq eqzema yarada bilər. Buna görə də nəmlənən və ya islanan maskalar yenicə taxılsa belə dəyişdirilməlidir. Yağışsız havalarda isə maskaları 3 saatdan bir dəyişmək lazımdır. Maska istehsalı zamanı tərkibindəki bir sıra kimyəvilər xüsusən allergiyası olan həssas uşaqların dərisində qaşıntı və ya qızartıya səbəb ola bilər. Buna görə də allergik riski aşağı olan, paraben, lateks, xlor kimi maddələri olmayan, tibbi maskalar istifadə edilməlidir". /medicina.az

Milli.Az