Xəyyamın ikinci övladı doğuldu

18 Fevral 2021 19:17

Müğənni Xəyyam Nisanov ikinci dəfə ata olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, qızı dünyaya gəlib.

Qeyd edək ki, Xəyyam Nərmin adlı xanımla ailəlidir. Cütlüyün 2018-ci ildə ilk qızı dünyaya gəlib.

Milli.Az