Polis Şəkidə orta məktəblərin qarşısında nəzarəti gücləndirdi - FOTO

18 Fevral 2021 16:18

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Şəkidə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, məktəblərin qarşısında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət edilir, həmçinin sürücülərə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə xəbərdarlıqlar olunur.

Milli.Az