Bu gün paytaxtın bu hissəsində su olmayacaq

18 Fevral 2021 11:16

Bu gün gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC -dən Milli.Az-a verilən məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzadır. Qəza aradan qaldırılır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az