Ermənistanda daha 223 nəfər COVID-19-a yoluxub

18 Fevral 2021 13:33

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 223 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169 820, xəstəlikdən ölənlərin sayı isə 3156 nəfərə çatıb.

Milli.Az