İran parlamentinin komitə sədri Naxçıvanda səfərdədir

18 Fevral 2021 11:03

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər çərçivəsində İranın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.

Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqda müzakirələr aparılacaq.

Milli.Az