Rusiyada evdə nəzarətsiz qalan iki uşaq yanaraq öldü

18 Fevral 2021 10:48

Rusiyanın Perm şəhərinin Orda kəndində fərdi yaşayış evində yanğın baş verib.

APA "qazeta.ru"ya istinadən xəbər verir ki, hadisə nəticəsində evdə nəzarətsiz qalan 2011 və 2017-ci il təvəllüdlü iki uşaq yanaraq ölüb.

Azyaşlıların cəsədlərində zorakılıq əlaməti tapılmayıb.

Federal İstintaq Komitəsi tərəfindən "Səhlənkarlıq nəticəsində iki nəfərin ölümə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az