Koke klub tarixində 2-ci oldu

18 Fevral 2021 10:26

İspaniya La Liqasının II turundan təxirə salınan "Levante" ilə qarşılaşma "Atletiko"nun futbolçusu Koke üçün əlamətdar olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, yarımmüdafiəçi Madrid klubunun heyətində 484-cü matçını keçirib.

O, bu göstəricidə paytaxt təmsilçisinin tarixində 2-ci futbolçu olub. Koke yalnız Abelardo Rodrigesdən geri qalır. Rekordçunun aktivində 553 matç var.

Qeyd edək ki, Valensiyadakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Milli.Az