Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

18 Fevral 2021 09:36

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA 1/8 final mərhələsində baş tutan ilk 4 görüşə əsasən 4 namizəd seçib.

Bunlar Kilian Mbappe (PSJ), Məhəmməd Salah ("Liverpul"), Erlinq Haland ("Borussiya", Dortmund) və Serxio Oliveyradır ("Porto).

Ən yaxşı futbolçu azarkeşlər arasında aparılan səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək.

Milli.Az